Fins.az - 2024-cü ilin Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95% arasında olub. Populyar turizm destinasiyalarında isə bu göstərici 65-67% təşkil edib. Bayram tətili dövründə regionlarda hotellərin doluluq səviyyəsinin yüksək olması diqqət çəkib.
Ekspertlər qeyd edirlər ki, yüksək kateqoriyalı hotellərdə qiymətlər adi günlərlə müqayisədə 65-75% artıb, ümumilikdə isə bayram dövründə 35-50% qiymət artımı müşahidə edilib. Paytaxt turizmi daha çox turist qəbul edib.
Bununla yanaşı, turizm sektoru beynəlxalq vəziyyətdən asılıdır. Avia nəqliyyat sahəsindəki problemlər, regionda baş verən hərbi xarakterli hadisələr və quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir göstərib. Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri, Ceyhun Aşurov, bayram dövründə ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyini qeyd edib. Həmçinin, xarici turistlərin sayı artıb, amma bəzi ölkələrdən, xüsusən Rusiya bazarından rezervasiyaların ləğvini müşahidə edilib.
Ümumilikdə, Azərbaycan turizm sektoru 2024-cü ilin bərpa ili kimi yadda qalıb və daxili turizm bazarı 30% artıb. Bununla yanaşı, ekspertlər turizm sektorunun tam potensialını reallaşdırması üçün quru sərhədlərin açılmasını, beynəlxalq nəqliyyat şəbəkələrinin genişləndirilməsini və daxili bazarın modernizasiyasını təklif edirlər.