Çində bir kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.
Fins.az yerli mətbuatda əsasən, xəbər verir ki, 27 oktyabr axşamı “Taobao” elektron ticarət saytında iki bilet hər biri 1,5 milyon yuana (210 min dollar) satılıb. Bununla da qərargahı Çinin Jiangsu əyalətində yerləşən "Deep Blue Aerospace" şirkəti ölkədə kosmos turizmi üçün bilet satan ilk şirkət olub.
2027-ci ildə raketlə suborbital ekspedisiya təşkil etməyi qarşısına məqsəd qoyan şirkət planlaşdırılan bu 12 dəqiqəlik səfərin 5-ci dəqiqəsində sərnişinləri atmosferdən kənarda kosmosa çıxararaq çəki hissini itirmələrini görmələrini vəd edir. Şirkət gələn noyabr ekspedisiyası üçün daha çox bilet satmağı planlaşdırır.