Azərbaycanın turizm imkanları 26-29 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində tanıdılıb.
Fins.az xəbər verir ki, sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilmək, eləcə də turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq əlaqələrini formalaşdırmaqdır.
Sərgi iştirakçılarına Azərbaycanın mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilib.
Azərbaycan Turizm Bürosunun nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Sərgidəki milli stendi Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Yaponiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox artıb.
Zemfira Ms
Fins.az