Bu il Azərbaycanla Rusiyanın Sankt- Peterburq şəhəri arasında qarşılıqlı turist axının 10-20 % artacağı proqnozlaşdırılır.
Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Turizmin inkişafı üzrə Şəhər Komitəsinin sədri vəzifəsini icra edən Nana Qviçia deyib.
Onun sözlərinə görə, hazırda Sankt-Peterburqda Azərbaycandan olan 40 turoperator və turizm agentliyindən ibarət nümayəndə heyəti səfərdədir:
“Turist axınının səviyyəsi hər iki tərəf üçün qarşılıqlı faydalı və biznesin inkişafı üçün stimullaşdırıcıdır. Azərbaycan, turist axınına görə MDB məkanında lider olan Sankt-Peterburq üçün turizm baxımından strateji əhəmiyyətli istiqamətlərdən biri olaraq qalır”.
Nana Qviçia vurğulayıb ki, Sankt- Peterburq şəhərinə ümumilikdə turist axınının bu ilin sonuna 15 % artacağını gözləyirik:
"Hər il Sankt-Peterburqa gələn xarici qonaqların sayı sürətlə artır. 2019-cu ildə şəhərə təxminən 5 milyon xarici turist gəlirdisə, 2023-cü ildə gələnlərin sayı xeyli azalaraq 570 minə düşüb. Ötən il tətbiq edilən yeni mexanizmlər, o cümlədən 55 ölkə üçün vahid elektron viza, eləcə də Çin və İrandan gələn turistlər üçün vizasız rejim xarici turist axınının stimullaşdırılmasında mühüm rol oynayır”.