TURİZM

11 İyun

Azərbaycanın turizm imkanları Hindistanda təqdim olunub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatına həsr edilən silsilə tədbirlər təşkil edilib.

Fins.az Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, xəbər verir ki, Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.

Səfər çərçivəsində Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində turizm şirkətlərinin iştirakı ilə şəbəkələşmə tədbiri təşkil olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Hindistandan Azərbaycana 90 670 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 2,6 dəfədən çox artımdır.