Tailand hökuməti turizm sənayesinin inkişaf tədbirlərinə uyğun olaraq Özbəkistan vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, bu çərçivədə 36 ölkədən gələn turistlər üçün viza rejimi ləğv ediləcək.
Tailanda vizasız girişə icazə verilən ölkələrin siyahısının 57-dən 93-ə qədər genişləndiyi vurğulanıb.
Qeyd edək ki, əvvəllər Özbəkistan vətəndaşları Tailandda 30 günə qədər qalma hüququna malik idi.
Fuad Mədətov
Fins.az