TURİZM

27 May

Qazaxstanlı 44 yaşlı qadın alpinist Everest dağını fəth edib

Qazaxstanlı 44 yaşlı alpinist Jamilya Bəşirova dünyanın ən hündür zirvəsini – Everest dağını fəth edib.

Fins.az xəbər verir ki, o, mayın 23-də Nepal vaxtı ilə saat 3:15-də zirvəyə çatıb.

Məlumata əsasən, bu, onun Everesti fəth etmək üçün ikinci cəhdi idi. Birincisi ekstremal hava şəraiti səbəbindən uğursuzluqla başa çatıb. 8 min 383 metr hündürlüyə qalxan Jamilya və digər alpinistlər 70 km/saata çatan güclü küləklə üzləşiblər.

Qeyd edək ki, 13 may tarixində Qazaxıstan Silahlı Qüvvələrinin Dağ Təlim Mərkəzinin mayoru Maksut Jumayev və alpinist Anar Buraşevanın daxil olduğu Qazaxıstan Everest Komandası Everest zirvəsini (8848 metr) fəth edib.

Fuad Mədətov
Fins.az