Avropa İttifaqı administrasiyasının qərarı ilə Şengen vizası üçün rüsum 12% artaraq 90 avroya çatıb.
Fins.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat verib.
Yeni qiymətlər iyunun 11-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Şengen vizası rüsumları hər üç ildən bir artır.
Bundan əlavə, 2023-cü il üçün viza müraciətləri 2022-ci illə müqayisədə 36 faiz artıb.
Fuad Mədətov
Fins.az