TURİZM

20 May

Bir-birindən fərqli 6 xüsusi Cənubi Koreya Turları

Xəyal edilən Cənubi Koreya turu: Mədəniyyət, tarix, təbiət və s.

Fins.az Cənubi Koreyanın görməli yerlərinin turuyla tanış edir.

2024-cü il ərzində Cənubi Koreyanın ən xüsusi aspektlərini göstərmək üçün diqqətlə hazırlanmış turlar bunlardır:

Jeju və Seul Turu - unikal ada və Cənubi Koreyanın xəyalpərəst paytaxtı ilə görüşmək üçün gözləyir.

Jeju təbiət möcüzələrini və Seulun kosmopolit həyatını birləşdirən, təbiət və şəhər həyatının mükəmməl harmoniyasını axtaranlar üçün idealdır. Şərqin Havay adaları hesab edilən və təbiətin 7 yeni möcüzəsindən biri sayılan Jeju adası; Qlobal Geopark, Biosfer Qoruğu və Ümumdünya İrs Saytı titulları ilə YUNESKO-nun "Üçlü Tac"ına sahibdir.

Cənubi Koreyanın 3 Paytaxtı: Seul, Busan, Gyeongju

Cənubi Koreyanın paytaxtı və ən böyük şəhəri Seul, KTX qatarları ilə 2,5 saatlıq səyahətdən sonra çatacaq ölkənin ikinci ən böyük şəhəri Busan və böyük bir hissəsi YUNESKO-nun Dünya İrs Siyahısında olan Gyeongju.

Cənubi Koreyanın gözəllik sirləri

Koreya Dəriyə Qulluq.

Koreya gözəllik rituallarını kəşf etmək və bu ritualları yaxından yaşamaq üçün nəzərdə tutulmuş bu tur cavanlaşma və təravət vəd edir. Seulda Koreya qadın və kişilərinin heyranedici gözəllik sirlərini öyrənəcək bu tura qoşularaq, həm mədəni kəşfə, həm də şəxsi gözəllik səyahətinə çıxa bilərsiniz.

Seul Mədəniyyət Turu


Cənubi Koreyanın Seul şəhərinin namsan dağında yerləşən gözəl memarlıq binası N Seul qülləsi

Bu tur Seulun zəngin tarixini və mədəni sərvətlərini, ənənəvi məbədlərdən tutmuş müasir incəsənət qalereyalarına qədər dərindən araşdırmaq istəyənlər üçün idealdır.

Seul Mədəniyyət Turu


Seul, Cənubi Koreyanın Qanqnam rayonunda şəhər mənzərəsi.

Koreyanın ənənəvi sarayları və mədəniyyət kəndləri, şəhərin müasir strukturları, simvolik məbədləri və əyləncə, moda, alış-veriş və sərgilər kimi bütün maraqlı fəaliyyətlər turustləri gözləyir.

Seulda Sağlamlıq Turu

Sağlam həyat və sağlamlıq mədəniyyətinə diqqət yetirən bu tur Seulun ən yaxşı sağlamlıq mərkəzlərini ziyarət etmək imkanı təqdim edir. Bundan əlavə, Gyeonqbokqunq Sarayı, “Bucheon Hanok Village”, “Jogyesa Temple”, “Bongeunsa Temple”, “Lotte World Seoul Sky” kimi ən xüsusi yerlər də səyahət siyahınızdadır.


Gyeonqbokqunq Sarayı, Seul şəhəri, Cənubi Koreya.

Fuad Mədətov
Fins.az