TURİZM

13 May

Antalyada turistlərə 418-i beşulduzlu olmaqla 812 mehmanxana xidmət göstərir

Türkiyənin turizm paytaxtı Antalyada 812 otel fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, yerli və əcnəbi turistlərə, həmçinin 418 beşulduzlu və 218 dördulduzlu mehmanxana xidmət edir.

Türkiyənin cənub əyalətində 46 turizm istirahət mərkəzi də fəaliyyət göstərir.

Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, Antalyaya turizm axını 23 milyon nəfəri ötüb, onlardan 16 milyonu əcnəbi turistlər olub.

Antalya valisi Hulusi Şahin bildirib ki, bu il turizm mövsümü həmişəkindən daha erkən başlayıb. “Antalyada təkcə beşulduzlu otellərdə yerlərin sayı 400 minə çatır. İlin yekunlarına görə, azı 17 milyon əcnəbi turist gözləyirik”, - deyə əyalət valisi qeyd edib.

Hulusi Şahin Türkiyədə “Mavi bayraq” beynəlxalq ekoloji sertifikatına sahib olan 550 çimərliyin təxminən yarısının Antalyada yerləşməsi faktını da diqqətə çatdırıb.

 

© azertac