TURİZM

23 Aprel

THY təyyarələrini genişləndirir

Türk Hava Yolları öz Airbus A330-200 təyyarələrini bu həftə İstanbul və Sloveniyanın paytaxtı Lyublyana arasında yerləşdirəcək.

Fins.az xəbər verir ki, daşıyıcı 250 yerlik A330 tipli təyyarəsi ilə 25 aprel Cümə axşamı günü Lyublyana xəttində xidmət göstərəcək.

Aviaşirkət öz imkanlarını artırıb. Çünki A321 ilə əvvəllər planlaşdırılan uçuşlar Sloveniyada məktəb tətillərinin başlanmasına təsadüf edirdi.

Qeyd edək ki, THY Lyublyana marşrutu üzrə ən çox sərnişin daşıyan hava yolu şirkəti olaraq birinci yerdədir.

Günel Məlikzadə
Fins.az