TURİZM

28 Fevral

"Yunan adalarına tələbat 300% artıb"

TatilBudur Türkiyənin dəyərli turizm bölgələrində keyfiyyətli tətil təcrübəsi ilə qonaqlarını bir araya gətirir. O, tezliklə həyata keçiriləcək viza müraciəti ilə bağlı Yunan adalarına olan marağı dəyərləndirib.

Fins.az xəbər verir ki, fərqli ölkələrə Şengen üçün müraciət etmək üçün yaxın vaxtlarda görüş təyin etmək mümkün olmasa da, Yunan adaları bu yay tətili üçün qapıda viza müraciəti ilə cəlbedici marşruta çevrilir. TatilBudur CEO-su Onur Otruş; “Rezervasiyaları araşdırdıqda görürük ki, ilk növbədə Rodos və Kos seçilir. Daha sonra Lesbos və Samos gəlir. Rodosa tələb fevral ayında ən yüksək səviyyəyə yaxınlaşdı. Başda TatilBudur olmaqla Yunanıstan adalarına tələbatın keçən ilə nisbətən 300% artdığını söyləyə bilərik. Əslində, yeni rezervasiyaları almaq üçün əlavə bərə xidmətlərinin elan edilməsini gözləyirik. Bundan əlavə, aprel ayından başlayaraq 10 adada türk bələdçiləri yerləşdirəcəyik".

Günel Məlikzadə
Fins.az