Avropada yay mövsümündə aviabilet qiymətlərinin 10 faiz arta biləcəyi bildirilir.
Fins.az xəbər verir ki, Boeing və Airbus təyyarələrindəki problemlər səbəbindən yüksək yay mövsümündə uçuş biletlərinin qiymətləri 10 faiz arta bilər. Sözügedən qiymət artımının, pandemiya dövründə azalmış tələbin məhdud tutumla qarşılandığı zaman keçən ilki qiymət artımının üzərinə gələcəyi vurğulanıb.
Ryanair-in baş direktoru Maykl O'Liri bildirib ki, bu yay təhvil verilməsi planlaşdırılan Boeing Max 737-8200 əsasında yaradılan 2024-cü il yay proqramı yenidən təşkil oluna bilər.
Bildirilib ki, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətində keyfiyyətə nəzarət problemləri təyyarələrin çatdırılmasında problemlər yaradıb.
Günel Məlikzadə
Fins.az