Qahirə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Misirin Aralıq dənizi sahilində yerləşən Ras-El Hekma bölgəsinin inkişafı üçün razılıq əldə olunub.
Fins.az xəbər verir ki, Misirin Baş naziri Mustafa Medbuli BƏƏ-nin Misirə 35 milyard dollarlıq birbaşa investisiya yatırmaq planının olduğunu açıqlayıb.
Bu regionda mehmanxanaların, əyləncə və biznes mərkəzlərinin, beynəlxalq hava limanının və iri kruiz gəmiləri üçün marina tikintisi nəzərdə tutulur.
Yeni çimərlik sahəsinin ümumi sahəsinin 171 milyon kvadratmetr olacağı bildirilir.
Layihə üçün ümumilikdə 150 milyard dollar investisiyanın nəzərdə tutulduğunu qeyd edilib.
Günel Məlikzadə
Fins.az