TURİZM

23 Fevral

Antalya turizmi üçün iki yeni beynəlxalq brend

Antalyada 20 ildir 5 otel əməliyyatı ilə fəaliyyət göstərən Öz Hotels, Sheraton və Marriott brendlərini Antalyaya gətirir.

Fins.az xəbər verir ki, İdarə Heyətinin sədri Mehmet Çələbi Öz olan Öz Hotels Şirkətlər Qrupunun hazırda Side, Alanya İncekum, Okurcalar və Antalya mərkəzində 5 otel biznesi var. Öz Hotels Antalyanın mərkəzi otellərində beynəlxalq zəncir otel brendləri ilə işləmək qərarına gəlib. Bu çərçivədə ilk olaraq Lara - Bülent Ecevit Bulvarında yerləşən tamamlanmış otel üçün Sheraton rəhbərliyi ilə françayzinq müqaviləsi bağladı. Bu yeni otel Four Points Express By Sheraton adı altında yaxın aylarda açılacaq.

Öz Hotels Antalya Hotel Resort SPA kimi fəaliyyət göstərən otel üçün Marriott şəbəkəsi ilə də müqavilə imzalanıb. Öz Hotels İdarə Heyətinin sədri Mehmet Çələbi Öz və Marriott İnternatinol menecerləri Berker Yurtbulmuş və Begüm Kaya arasında ötən dekabrın 19-da imzalanan franchise müqaviləsi ilə buradakı otel Marriott International ailəsinə daxil edilib. Otelin iyun ayında istifadəyə veriləcəyi bildirilib.

Günel Məlikzadə
Fins.az