Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yanvar ayı üzrə turizm statistikasını açıqlayıb. Təhlükəsizlik Ümumi Müdirliyindən alınan müvəqqəti məlumatlara görə; 2024-cü ilin yanvar ayında Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 2,05 faiz artaraq 2,47 milyon nəfərə çatıb.
Fins.az xəbər verir ki, yanvar ayında Türkiyəyə gələn 2,47 milyon əcnəbi ziyarətçinin 16 min 345-i (0,80 faiz) gündüz ziyarətçiləridir.
Yanvar ayında ən çox ziyarətçi göndərən ölkələr arasında 230 min 579 nəfərlə Rusiya Federasiyası birinci oldu. Bu ölkəni 211 min 801 nəfərlə İran, 162 min 414 nəfərlə Bolqarıstan və 142 min 825 nəfərlə Almaniya izlədi.
Müvəqqəti məlumatlara görə, yanvar ayında Türkiyəyə gələn vətəndaş ziyarətçilərinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,58 faiz artım olub.
Ölkəni tərk edən vətəndaşların sayında 18,73 faiz artım qeydə alınıb.
Günel Məlikzadə
Fins.az