Qalata qülləsi zəlzələ gücləndirilməsi və xarici təmir işləri ilə əlaqədar bu gündən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağlanacaq.
Fins.az xəbər verir ki, Qalanın 8-ci mərtəbəsi ötən ilin noyabrında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilər üçün bağlanmışdı. Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb və yerində yerləşdirilib.
Georadar tədqiqatları binanın əsas divarlarında və döşəməsində aparılmışdır.
Günel Məlikzadə
Fins.az