TURİZM

22 Fevral

Yunanıstanda turist sayı 20% artıb

Yunanıstanın 2023-cü ildə turizmdə yeni rekord qırdığı açıqlanıb. Qeyd olunub ki, minlərlə turistin təxliyəsinə səbəb olan yüksək temperatur, meşə yanğınları və daşqınlara baxmayaraq, bu rekord qırılıb.

Fins.az xəbər verir ki, bu barədə Yunanıstan Mərkəzi Bankı məlumat yayıb.

Buna görə Yunanıstan keçən il 32 milyon 700 min turisti qəbul edib. Ölkədə turizmdə son rekord 31 milyon 300 min turistlə, Covid epidemiyasından əvvəl 2019-cu ildə qırılıb.

Keçən il turist sayında rekordun qırılması ilə turizm gəlirlərinin 20% artaraq təxminən 20 milyard 500 milyon avroya çatdığı açıqlanıb.

Günel Məlikzadə
Fins.az