TÜROB prezidenti Müberra Eresin Türkiyədə yerləşdirmə sektorunun yerli və xarici investorlar üçün hər zaman cəlbedici olduğuna diqqət çəkib. Çox uğurlu yerli şəbəkələrin olduğunu qeyd edən Eresin, xaricə genişlənmək üçün yerli otel şəbəkələrinin dəstəklənməsi lazım olduğuna diqqət çəkib.
Fins.az xəbər verir ki, otel şəbəkələri və qrupların Türkiyə turizm bazarına marağı davam edir. Türkiyə Otelçilər Birliyi (TÜROB) “Türkiyə Zənciri və Qrup Otellər Araşdırması 2023”ü açıqlayıb.
TÜROB araşdırmasına görə, son beş ildə Türkiyədə fəaliyyət göstərən zəncir və qrup otellərin sayı 2020-2021-ci illərdə iki illik pandemiya fasiləsinə baxmayaraq artmağa davam edərək 67-yə çatıb. Türkiyə bu xüsusiyyəti ilə yerli və xarici otel şəbəkələri və qruplarının ən çox marağına səbəb olan ölkələrdən biri olub.
Günel Məlikzadə
Fins.az