İspaniyanın 2023-cü ildə ev sahibliyi etdiyi ziyarətçilərin sayı və əldə etdiyi turizm gəliri açıqlanıb.
Fins.az xəbər verir ki, dekabrda İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 907 min ilə Böyük Britaniya olub. Bu ölkəni 819 min ilə Fransa, 561 min ilə Almaniya, 354 min ilə İtaliya, 343 min ilə Skandinaviya ölkələri və 234 min ilə Portuqaliya izlədi.
Eyni ayda İspaniyanın turizm gəliri 2022-ci ilin dekabrına görə 35,4%, 2019-cu ilin eyni ayına görə isə 41,6% artaraq 7 milyard 93 milyon avro olaraq qeyd edildi.
2023-cü ilin yanvar-dekabr ayları arasındakı 12 aylıq dövrdə İspaniyaya gələn ziyarətçilərin sayı bir əvvəlki ilə görə 18,7%, 2019-cu ilə görə isə 1,66% artaraq 85 milyon 56 minə çatıb.
2023-cü ildə İspaniya da turizm gəlirlərində rekord qırıb. Açıqlanan məlumatlara görə, ölkəyə səfər edənlərin xərcləri 2022-ci ilə nisbətən 24,7 faiz, 2019-cu ilə nisbətən isə 18,2 faiz artaraq 108 milyard 662 milyon avroya çatıb. İspaniya 2022-ci ildə 87 milyard 61 milyon avro, 2019-cu ildə isə təxminən 92 milyard avro turizm gəliri əldə edib.
Günel Məlikzadə
Fins.az