TURİZM

25 Yanvar

İngiltərə turizm bazarından Türkiyəyə şad xəbər

Easyjet, British Airways, SunExpress, Aer Lingus və Norwegian  Air 2024-cü ilin yay mövsümü üçün Türkiyədə bəzi yeni marşrutlar açıb və bəzi xətlərdə tezlikləri artırıb.

Fİns.az xəbər verir ki, İngiltərə mərkəzli hava yolu şirkəti Easyjet 16 May tarixindən etibarən Mançester-Bodrum uçuşlarına başlayacaq . Həftədə iki dəfə həyata keçiriləcək uçuşların oktyabrın sonuna kimi davam etdirilməsi planlaşdırılır.

British Airways Londondan İzmirə uçuşları bərpa edir. Daha əvvəl Gatwick -dən İzmirə uçuşlar həyata keçirən şirkət, mayın 18-dən etibarən London-Heathrow Hava Limanından İzmirə uçmağa başlayacaq. Uçuşlar sentyabrın 28-dək həftədə bir dəfə həyata keçiriləcək.

Digər tərəfdən, British Airways mayın 25-dən etibarən Heathrow -Bodrum xəttindəki tezliklərin sayını həftədə birdən üçə çatdıracaq.

Hazırda Gatwick-İzmir xəttində birləşdirici uçuşlar həyata keçirən SunExpress, iyunun 1-dən etibarən birbaşa uçuşlara başlayacaq.

İrlandiyada yerləşən Aer Lingus aviaşirkəti mayın 11 - də Dublindən Dalamana uçuşlara başlayacaq. Uçuşlar sentyabrın sonuna kimi həftədə 2 tezlikdə yerinə yetiriləcək, oktyabrın 1-dən etibarən isə 1 tezliyə enəcək.

Norveç mərkəzli Norwegian Air, 4 iyun tarixindən etibarən Oslo-Bodrum uçuşlarına başlayacaq. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Günel Məlikzadə
Fins.az