TURİZM

23 Yanvar

BookingCom-dan yeni qalmaqal

BookingCom-da otellərin adları və şəkilləri bir-birinə qarışıb.

Fins.az xəbər verir ki, son zamanlar tez-tez hack və fırıldaq xəbərləri ilə gündəmə gələn BookingCom-da yeni qalmaqal yaşanır.

Saytda naməlum səbəbdən otellərin adları və şəkilləri qarışıb.

Digər tərəfdən, deyəsən, səhifə hər dəfə yenilənəndə otellərin adlarını dəyişir.

Problemin hack və ya sistem problemi ilə bağlı olduğu hələ məlum deyil.

Günel Məlikzadə
Fins.az