Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun lüks otel markası Maxx Royal Resorts may ayında qapılarını açır.
Fins.az xəbər verir ki, Belekdə, sonra Antalyada Kemerdə istifadəyə verilən Maxx Royal, bu il Ege bölgəsinin ən əhəmiyyətli turizm mərkəzi olan Bodrumda xidmətə başlayır. Maxx Royal Belek və Maxx Royal Kemer ilə böyük uğur qazanan Maxx Royal Resorts, Bodrum Göltürkbükündə 294 otaqlı üçüncü otelini açacaq.
Maxx Royal Resorts-un reklam çarxı yeni konsepti ilə 2024-cü ildə qapılarını açacaq Maxx Royal Bodrumun füsunkar atmosferində çəkilib. Maxx Royal ilə işbirliyini davam etdirən dünya şöhrətli model Natalia Vodianova bütün dünyada eyni vaxtda yayımlanan reklam çarxında rol alıb. Təbiətlə iç-içə olan bir quruluşa sahib olan Maxx Royal Bodrum yeri ilə də diqqət çəkir.
Günel Məlikzadə
Fins.az