Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi "gündəlik ziyarətçilərdən giriş haqqının tutulması" ilə bağlı şəhərdə turist sıxlığına nəzarət etmək üçün daha bir addım atılıb.
Fins.az İtaliya mətbuatında istinadən xəbər verir ki, Venesiyaya bir günlük ziyarət üçün gələn turistlərin şəhərə 5 avroluq giriş haqqını əvvəlcədən ödəmələrinə və turistin gəldiyi tətil kimi vaxtlar üçün rezervasiya etmələrinə imkan verən rəqəmsal internet portalı istifadəyə verilib. sıxlığının artacağı gözlənilir.
Belə ki, bu il yaz-yay aylarında şəhərə bir günlük səfər etməyi planlaşdıran turistlər, əgər səfərləri bələdiyyənin “məşğul günlər” kimi müəyyən etdiyi 29 fərqli gündən birinə düşərsə, giriş haqqını ödəyərək rezervasiya edə bilərlər. "Contributo di Accesso a Venezia" (Venesiyaya giriş haqqı) adlı saytdan bunu etməli olacaq. Turistlər bu gündən rezervasiya edə biləcəklər.
Günel Məlikzadə
Fins.az