Trabzon Ticarət və Sənaye Palatası ilə Gürcüstanda yerləşən Georgian Wings (Geosky) şirkəti arasında Trabzon-Tbilisi birbaşa aviareyslərinin açılması üçün görüş keçirilib.
Fins.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə TTSO-nun sədr müavini Mehmet Çələbi, Məclis Katibi və Sağlamlıq Turizmi Layihə Sorumlusu MehmetThincioğlu, Məclis Üzvü Barış Çuvalcı, Geosky Satış, Marketinq və Sərnişin Əməliyyatları üzrə vitse-prezident Daniyar Uskenbayev və digər əlaqədar şəxslər iştirak edib.
Görüş zamanı iki şəhər arasında birbaşa uçuşlar ilə həm turizmə, həm də iş dünyasına xidmət edəcək sabit marşrut xəttinin qurulması üçün təmaslar aparılıb. Bildirilib ki, Geosky şirkətinin Qazaxıstan və Özbəkistan kimi ölkələrə birbaşa uçuşları Trabzon ilə Orta Asiya ölkələri arasında nəqliyyatı asanlaşdıracaq.
TTSO prezidenti Erkut Çələbi Tiflis və Trabzonun birbaşa uçuşlarla birləşdirilməsinin turizm, ticarət və sağlamlıq turizmi kimi bir çox sektorun inkişafına kömək edəcəyini vurğulayıb.
Günel Məlikzadə
Fins.az