Türk Hava Yolları İtaliyanın 4 şəhərinə uçuşların tezliyini artırmaq qərarına gəlib.
Fins.az xəbər verir ki, Türk Hava Yolları İtaliyadan Bolonya, Palermo, Bari və Neapol istiqamətlərinə uçuşlarının tezliyini artırmaq qərarına gəlib.
İstanbul-Palermo xəttində 4 tezlikli uçuşların 6 tezlikə qədər artırılacağı öyrənildi.
Palermo xəttindəki yeni proqram martın 31-dən qüvvədə olacaq.
İstanbul-Bari xəttində uçuşların martın 31-dən etibarən 5 tezlikdən 7 tezlikə yüksələcəyi açıqlanıb.
Bildirilib ki, həftədə 12 tezlikdə fəaliyyət göstərən İstanbul-Neapol xəttində uçuşlar martın 31-dən etibarən həftədə 18 tezlikə çatdırılacaq.
Günel Məlikzadə
Fins.az