TURİZM

09 Yanvar

Azərbaycan vətəndaşları bu ölkəyə vizanı sərhəddə alacaq - Səfir

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb:

"Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk".

Fuad Mədətov
Fins.az