TURİZM

23 Dekabr

Bu ölkələrin vətəndaşları Türkiyədə vizadan azad olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ABŞ da daxil olmaqla bəzi ölkələrin vətəndaşlarına 90 gün müddətində güzəştlər edilib.

Fins.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı Prezident Fərmanı bu gün Türkiyə Rəsmi Qəzetində dərc olunub.

Müvafiq olaraq, ABŞ, Kanada, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Oman vətəndaşları üçün viza rahatlığı təmin edilib.

Bu ölkələrin vətəndaşları turistik səfərləri üçün hər 180 gündə 90 gün müddətinə vizadan azad olunacaqlar.

Günel Məlikzadə
Fins.az