Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Sabiha Gökçen Hava Limanının ikinci uçuş-enmə zolağının bazar ertəsi, dekabrın 25-də açılacağını açıqladı.
Fins.az xəöbər verir ki, Uraloğlu "X" hesabında etdiyi şərhdə, uçuş-enmə zolağının açılışının 25 dekabr bazar ertəsi Türkiyə saatı ilə 12.00-da prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcəyini bildirib.
Uraloğlu, "Ən çox sərnişin sıxlığı olan ikinci hava limanımızın tutumunu ikinci uçuş-enmə zolağı ilə ikiqat artırırıq. Göyə möhürümizi, yerə də imzamızı qoyuruq" dedi.
Günel Məlikzadə
Fins.az