TURİZM

07 Dekabr

Ərdoğan Afinada: Viza imkanı da gündəmdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri çərçivəsində bir çox mövzuda əməkdaşlıq və razılaşmaların əldə olunacağı gözlənilir.

Fins.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) 5-ci iclasında iştirak etmək üçün Yunanıstana gedib.

Səfər zamanı miqrasiya və ticarət başda olmaqla bir çox mühüm mövzuların müzakirə ediləcəyi gözlənilir.

Prezident Ərdoğan əvvəlcə Yunanıstan prezidenti Katerina Sakelaropulu, daha sonra isə baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək.    

Prezident Ərdoğanı Afina səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Əli Yerlikaya, milli təhsil naziri Yusuf Tekin, ticarət naziri Ömər Bolat müşayiət edəcək. 

Yunan mediası bəzi Ege adalarında Türkiyə vətəndaşları üçün qeyri-qanuni immiqrasiya və viza sadələşdirilməsi ilə bağlı razılaşmadan da bəhs edib.

Yunan adaları üçün 72 saatlıq “gəliş vizası” ilə bağlı razılaşmanın imzalanması da müzakirəsi gözlənilən məsələlər arasındadır.

Günel Məlikzadə
Fins.az