Yanvar-oktyabr dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya Federasiyası bir əvvəlki ilin eyni dövrünə görə 26,02% artım və 5 milyon 838 min 203 nəfərlə birinci yerdədir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya 8,38 faiz artımla 5 milyon 715 min 838 nəfərlə ikinci, İngiltərə (Birləşmiş Krallıq) isə 12,28% və 3 milyon 598 min 870 nəfər artımla üçüncü olub. İngiltərəni Bolqarıstan və İran izlədi.
Günel Məlikzadə
Fins.az