Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2023-cü ilin 10 ayında ümumilikdə 50 milyon 217 min 181 ziyarətçi qəbul edilib.
Fins.az Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, oktyabrda xarici səfərlər hər il 3,8 faiz artaraq 4,99 milyon nəfərə çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust və sentyabr aylarında turistlərin artımı 5,7 faiz təşkil edib.
Yanvar-oktyabr dövründə Türkiyəyə gələn ziyarətçilərin 44 milyon 200 min 79-u əcnəbi olduğu halda, 10 aylıq cəmi ziyarətçi sayında 6 milyon 17 min 102 nəfərlə xaricdə yaşayan vətəndaşlar öz yerini tutub.
Tətilləri üçün Türkiyəyə üstünlük verən əcnəbilərin sayı 10 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,58% artıb.
Günel Məlikzadə
Fins.az