Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Sabiha Gökçen Hava Limanında 2-ci uçuş-enmə zolağının tikintisinin başa çatdığını bildirərək, "Prezidentimizin ixtiyarında olan bir proqramla bu günlərdə rəsmi olaraq açacağıq. Sabiha Gökçen Hava Limanında tək uçuş zolağında gündəlik uçuşların sayı 700-dür. Bu gün etibarilə ildə 36 milyon sərnişin tutumuna malikdir" dedi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Uraloğlu Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin büdcəsi ilə bağlı müzakirələr zamanı millət vəkillərinin suallarını cavablandırıb.
Biznes edərkən dövlət qaynaqlarından istifadə etdiklərini, ictimaiyyət adına iş gördüklərini və bunun üçün məsuliyyət daşıdıqlarını ifadə edən Uraloğlu "İşimizi buna uyğun etməyə çalışırıq. Dövlət-özəl iş birliyindən daha çox magistral yollarda istifadə edirik" dedi.
Günel Məlikzadə
Fins.az