TURİZM

14 Noyabr

Şengen vizası rəqəmsallaşır - kimlər müraciət edə bilməyəcək?

Avropa İttifaqı (Aİ) Şurası Şengen müraciətlərinin rəqəmsal şəkildə edilməsinə icazə verən tənzimləməni qəbul edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün qəbul edilən qərarlar imzalandıqdan sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 20 gün sonra qüvvəyə minəcək. Rəqəmsal viza müraciətlərinin nə vaxt başlayacağı viza platformasında texniki işlər tamamlandıqdan sonra elan ediləcək.

AB-nin yeni tətbiqi qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalarrəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək. Vizaları mobil cihazlara yükləmək olar. Viza üçün müraciət edənlər bir çox dillərdə onlayn viza tələb edə biləcəklər.

Yeni sistemlə müraciətlər vahid internet platforması üzərindən işlənəcək. Tələb olunan sənədlərin rəqəmsal surətləri bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu burada ödəniləcək. Ərizəçilər bir neçə ölkəyə səfər etmək istəsələr, müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.

Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.

Günel Məlikzadə
Fins.az