Fins.az xarici mətbuata istinadən xəbər verir, Rusiyada Yeni il tətili 10 gün davam edəcək. Tətil dekabrın 30-da şənbə günü başlayacaq və yanvarın 8-də başa çatacaq. İş çərşənbə axşamı, yanvarın 9-da başlayacaq.
Dekabrın 31-nin bayram, yoxsa iş günü olması ilə bağlı ölkədə uzun müddətdir ki, müzakirələr gedir. Lakin hökumət ilin son gününün bayram elan edilməsinə qarşı çıxıb.
Mütəxəssislər bir günlük tətilin iqtisadiyyata xərcini 120 ilə 150 milyon rubl arasında hesablayırlar.