“Turizm məqsədləri üçün kirayə evlərin verilməsi və bəzi qanunlara dəyişiklik edilməsi haqqında” Qanun “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib. Qanun turizm məqsədləri üçün yaşayış yerlərinin kirayəsi, icazələrin verilməsi, inzibati tənbeh tədbirləri və turizm məqsədləri üçün kirayə verilən yaşayış evlərinin tabe olacağı qanunvericiliyin ümumi prinsiplərini əhatə edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, qanun çərçivəsində icazəsiz kirayə verilən hər evə görə 100 min türk lirəsi inzibati cərimə tətbiq olunacaq.
İcazəsiz turizm məqsədi ilə ev kirayə verənlərə kirayə götürdükləri hər ev üçün 100 min türk lirəsi inzibati cərimə tətbiq olunacaq və icazə alınaraq fəaliyyət göstərmələri üçün on beş gün vaxt veriləcək.
On beş günlük müddətin sonunda icazə almadan turizm məqsədi ilə kirayə fəaliyyətini davam etdirənlərə 500 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq ediləcək və icazə alaraq fəaliyyət göstərmələri üçün on beş gün daha vaxt veriləcək. Bu müddətin sonunda fəaliyyət davam edərsə, inzibati cərimə 1 milyon türk lirəsi olacaq.
Günel Məlikzadə
Fins.az