TURİZM

08 Noyabr

İsveç yoxsa İsveçrə?

İsveç turistlərə İsveçrə olmadığını göstərmək üçün video təqdim edib.

Fins.az xəbər verir ki, Visit Sweden-in kampaniya videosu “Welcome to İsveç (İsveçrə deyil)” adlanır və bu həftə sosial mediada yayılıb. 

(Linkə keçid edərək həmin videonu izləyə bilərsiniz.)

SwissInfo xəbər saytının məlumatına görə , hər il 120.000 insan Google-da İsveç və İsveçrənin eyni ölkə olub-olmadığını araşdırır.

Visit Sweden təşkilatının ABŞ-da apardığı araşdırma nəticəsində məlum olub ki, respondentlərin yarısı iki ölkə arasında fərqin olub-olmadığına əmin deyillər.

Hətta qlobal liderlər belə kobud səhvə yol veriblər. Keçən il NATO sammitində çıxışı zamanı ABŞ prezidenti Co Bayden İsveçin hərbi alyansa qoşulmaq istəyini müzakirə edərkən səhvən İsveçrəyə istinad edib.

Satirik videoda iki İsveç bayrağı arasında tribunada dayanan rəsmi nümayəndə “İsveçrə liderlərinə və vətəndaşlarına” müraciət edib.

O, bəyan edib ki, “kimin nə danışacağına” qərar verməklə iki millət arasındakı fərqi aydınlaşdırmağın vaxtıdır.

İsveçrə, məsələn, dağ zirvələri, yodelling və saatlar haqqında danışa bilər, lakin İsveç isə damdakı barlar, səssizlik və vaxtı unutmaq üzərində rabitə monopoliyasına malikdir.

İsveç təklif edir: "Hər iki turizm təşkilatı bu çaşqınlığa son qoyulmalıdır".

Günel Məlikzadə
Fins.az