Türkiyə turizmin yüksək mövsümü olan üçüncü rübdə rekord gəlir əldə edib.
Fins.az Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə xəbər verir ki, turizm gəlirləri iyul, avqust və sentyabr aylarından ibarət üçüncü rübdə əvvəlki ilin eyni rübünə görə 13,1% artaraq 20 milyard 225 milyon 317 min dollara çatıb. Beləliklə, hər rüb üzrə rekord qeydə alınıb.
Ancaq turizm gəliri ilk 3 rübdə 42 milyard dollara yüksəlib. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2023-cü il üçün turizm gəliri hədəfinin 56 milyard dollar olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az