TURİZM

29 Oktyabr

Azərbaycandan xaricə turist axını 25 % artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % artaraq 1 milyon 384,8 min nəfər olub.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 49,5 %, Gürcüstana gedənlərin sayı 31,7 %, Türkiyəyə gedənlərin sayı 17,5 % artıb, İrana gedənlərin sayı 17 % azalıb. Ölkə vətəndaşlarının 44,6 %-i Türkiyəyə, 21,2 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,4 %-i İrana, 17,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65 %-ni kişilər, 35 %-ni qadınlar təşkil edib.

9 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Məhəbbət Məmmədov
Fins.az