TURİZM

25 Oktyabr

Azərbaycana gələn əcnəbilərin sayı 32 faiz artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, gələnlərin 31,0 faizi Rusiya Federasiyası, 17,8 faizi Türkiyə, 7,5 faizi İran, 5,0 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,7 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Çin və Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib.

Məhəbbət Məmmədov
Fins.az