TURİZM

20 Oktyabr

Peşəkarlar və onların ailələri üçün Avropanın ən yaxşı 10 şəhəri

Fins.az Reassured-in hesabatına istinadən xəbər verir ki, bunlar Avropada bir ailə üçün ən yaxşı 10 şəhərdir:

10-Trieste, İtaliya

İtaliyanın şimalında, Sloveniya ilə sərhəd yaxınlığında yerləşən Trieste peşəkarlar və onların ailələri üçün ən rahat Avropa şəhərləri arasında onuncu yerdədir.

9- Galway, İrlandiya

Galway İrlandiyadan ilk 10-luğa daxil olan yeganə şəhər kimi seçilir.

8- Bergen, Norveç

Bergen təkcə işçilərin deyil, həm də uşaqlarının həyatında iz qoyacaq tövsiyə olunan şəhərdir.

7- İnsbruk, Avstriya

Vyana və Salzburqdan sonra Avstriyadan siyahıya daxil olan digər şəhər İnsbruk olub.

6 - Nürnberq, Almaniya

Ailələr üçün ən yaxşı iyirmi şəhər arasında ən çox şəhərə malik ölkə Almaniyadır. Nürnberq siyahıda altıncı, Münhen on üçüncü, Hamburq on beşinci, Hannover isə iyirmincidir.

5- Salzburg, Avstriya

Avstriya da ümumilikdə reytinqdə yaxşı çıxış edib. İlk 10 şəhərdən üçü Avstriyadadır. Mədəniyyəti və opera festivalları ilə məşhur olan Salzburq beşinci yerdəykən, qış tətillərinin məkanı İnsbruk yeddinci yerdədir.

4- Helsinki, Finlandiya

Vyana və Romanın yüksək göstəricilərinə baxmayaraq, Avropanın bir çox digər böyük mərkəzləri qitədəki kiçik, daha az tanınan şəhərlərdən geri qalırdı.

Finlandiyanın Helsinki şəhəri dördüncü yerdə qərarlaşıb və ilk 10-luğa daxil olan paytaxt şəhərlərindən biri olub.

3- Roma, İtaliya

Roma 687 seçimlə siyahıdakı şəhərlər arasında uşaqlar üçün ən uyğun fəaliyyətləri təklif edir. Tarixi şəhər ətrafında oynamaq və öyrənmək üçün imkanlar var.

Romada çirklənmə Vyananınkından təxminən dörd dəfə çoxdur. İtaliya şəhərlərində cinayət nisbəti də kifayət qədər yüksəkdir ki, bu da ailələri narahat edir.

2- Praqa, Çexiya

Həm Praqada, həm də Romada ailələr üçün aylıq yaşayış minimumu müvafiq olaraq 2,682 avro və 2,677 avro təşkil edir. Bununla belə, aylıq uşaq baxımı xərcləri Praqada 787,43 avro, Romada isə 407,36 avro olmaqla daha yüksəkdir. 

Praqada çirklənmə səviyyəsi Vyanadakından iki dəfə çoxdur.

1- Vyana, Avstriya

Uşaqları olan bir professionalın yaşaması üçün Avropanın ən uyğun şəhəri Vyanadır. Mərkəzi Avropa şəhərində uşaq baxımı orta hesabla ayda cəmi 223,14 avroya və ya təxminən 270 dollara başa gəldiyi halda, burada bir ailənin yaşaması üçün ümumi orta aylıq xərc 2,794 avro təşkil edir.

Lakin təhlillərə görə, ölkədə cəmi 44 park var ki, bu da 106 parkla ikinci yerdə olan Praqadan və 148 parkla üçüncü yerdə olan Romadan xeyli aşağıdır. 

Günel Məlikzadə
Fins.az