TURİZM

03 Oktyabr

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Dünən“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

Fins.az xəbər verir ki, AZAL-ın təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb.

Tədbirdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi iştirak ediblər.

Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətdə üzrə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.


Günel Məlikzadə
Fins.az