Oktyabr ayı payızın ən gözəl aylarından biridir. Nə sentyabrın hələ silkələmədiyimiz yay istisi var, nə də noyabrın başlanğıcı ilə qışda görünəcək qış soyuğu.
Fins.az olaraq sizin üçün oktyabrda gəzə biləcəyiniz 3 ölkəni sıralamışıq.
1. Berlin- Almaniya
Avropanın ən əhəmiyyətli tarix və sənət mərkəzlərindən biri olan Berlin xüsusilə sənət qalereyaları, muzeyləri, parkları və gecə həyatı ilə çox bəyənilən şəhərlərdən biridir.
Hitler və Eynşteyn kimi bir çox adın yol göstərdiyi Berlin, Berlin divarının yıxılmasından sonra sənət və mədəniyyət mərkəzinə çevrilib:
- Parlament binası
- Brandenburq qapısı
- Berlin Divarı Memorial
- Berlin Katedrali görməli olduğunuz ən vacib yerdir.
2. Praqa-Çexiya
Praqa küçələrində dolaşarkən orta əsrlərdə yaşadığınızı düşünəcəksiniz. Xüsusilə onun körpüləri, tarixi məhəllələri, parkları və meydanları inanılmaz dərəcədə gözəl və baxımlıdır. Praqanı gəzmək üçün gündə 40-50 avro kifayət edir.
3. Bled-Sloveniya
Təbiətdə itmək üçün ən yaxşı vaxt payızdır. Avropanın ən gözəl göllərindən biri olan Bled gölünü ziyarət etmək üçün ən doğru zamandır.
Çayın ətrafında bir neçə saat dolaşdıqdan və təpədə qalaları gördükdən sonra, möhtəşəm göl və ortasındakı St. Martin kilsəsinin mənzərəsi inanılmaz dərəcədə füsunkardır.
Əslində burada gəzməli yerlərdən çox təbiətdə itmək prioritet olmalıdır.
Əgər vaxtınız varsa, Avropanın sevimli paytaxtlarından biri olan Lyublyanada da bir gün keçirə bilərsiniz.
Günel Məlikzadə
Fins.az