TURİZM

15 Sentyabr

Aİ ölkələrinin  turizm obyektlərində gecələmələrin ümumi sayı1 milyard 193 milyona çatıb

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin birinci yarısında Aİ-yə üzv ölkələrdə turistlərin gecələməsi ilə bağlı məlumat dərc edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, müvafiq olaraq, epidemiyadan mənfi təsirlənən Aİ turizm sektoru bu il bərpa olundu.

Bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində yerləşmələrin sayı son 10 ilin birinci yarısında ən yüksək həddə çatıb.

 2019-cu ilin ilk 6 ayında turizm obyektlərində  1 milyard 182 milyon olan gecələmələrin sayı 2023-cü ilin eyni dövründə 1 milyard 193 milyona çatıb. Belə ki, bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində gecələmələrin ümumi sayı epidemiyadan əvvəlki 2019-cu illə müqayisədə 11 milyon nəfər çox olub.

Bu ilin ilk 6 ayında gecələmələr ötən illə müqayisədə 12,9 faiz artıb.

Digər tərəfdən, AB ölkələrində turizm Covid-19 epidemiyası və həyata keçirilən sərt tədbirlər səbəbindən 2020-ci ildə dayanmışdı.

Məlikzadə Günel
Fins.az