TURİZM

12 Sentyabr

CÀSÀ Kulinariya mərkəzində ilk dəfə olaraq kulinariya çempionatı təşkil olunub

CÀSÀ Azərbaycanda və MDB ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir. Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşakar aşpaz müəllimlər tədris edir.

CÀSÀ Kulinariya Mərkəzi 2 ildir ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində mərkəzin tələbələri beynəlxalq yarışlarda böyük nəticələr əldə etdiblər:

- Tələbələrimizdən Emil Zeynalzadə 9-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil etmiş, Qızıl Triumf və Qızıl Medal qazanmışdır;

- "WorldSkills Müsabiqəsi 2022-ci il Xüsusi Buraxılışında" digər tələbəmiz Leyla Vəliyeva “mükəmməllik” medalı qazanmışdır;
- FHA Culinary Challenge 2022 müsabiqəsində Azərbaycan komandası 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdır.

Mərkəzimiz ilk dəfə olaraq “CÀSÀ Kulinariya Çempionatı”nı həyata keçirdi.

Sentyabr ayının 4-5-6 tarixlərində CÀSÀ Kulinariya Mərkəzində ilk dəfə olaraq, kulinariya üzrə çempionat təşkil olundu. Münsiflərimiz arasında 30 ildən çox təcrübəyə sahib olan və bir çox beynəlxalq müsabiqələrdə münsif kimi iştirak etmiş Şef Angela Agrati-Prange, Dünya Kulinariya Çempionu sinqapurlu şef Yew Eng Tong və ACSA-nın prezidenti şef Orxan Muxtarov da var idi.

Çempionat 3 gün ərzində davam etdi və iştirakçılar kulinariya və ya şirniyyat sahəsi üzrə tələb olunan kateqoriyalarda yarışdılar. Vegetarian yeməyinin hazırlanması çempionatın ən əsas şərtlərindən biri idi. Bildiyiniz kimi, son zamanlarda cəmiyyətimizdə “Sağlam Həyat” düşüncəsi formalaşıb və biz CÀSÀ Kulinariya Mərkəzi olaraq, bu ideyanı çempionata tətbiq etdik.

Hər bir yeməyin hazırlanması üçün 1 saat 45 dəqiqə, şirniyyatda isə 90 dəqiqə ayrıldı. Çempionatın sonunda 6 nəfər qalib seçildi və müvafiq olaraq, 2 qızıl 2 gümüş və 2 bürünc kubok və medallar qazandılar. Bununla yanaşı, qaliblər mərkəzdə ödənişsiz təhsil alacaqlar. Medalların verilməsi üzrə qiymətləndirilmə “WorldChefs” standartları əsasında həyata keçirildi.

CÀSÀ Kulinariya Çempionatının ilk qaliblərini sizə təqdim edirik:

Şirniyyat üzrə:

1-ci yer: Mənsur Lətifov

2-ci yer: Çinarə Həsənova

3-cü yer: Bətul Hüseynli

Aşpazlıq üzrə:

1-ci yer: Nüşabə Zərbəliyeva

2-ci yer: Syafiq İskəndər Bin Araz Aliyev

3-cü yer: Amil Zeynalzadə

Əlavə olaraq qeyd etmək istərdik ki, mərkəzdə keçirilən bu kimi tədbir və çempionatları hər kəs sərbəst şəkildə gəlib izləyə bilər. Belə çempionatlarda iştirak edib kulinariya sirlərini öyrənə və özünüzü bu sahədə inkişaf etdirə bilərsiniz.

Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.