TURİZM

11 Sentyabr

Rusiya bir sıra ölkələrlə turist vizalarının tamamilə ləğvini təklif edib

Rusiya Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Malayziya üçün turist vizalarının tamamilə ləğvini təklif edib.

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib.

“Biz vizasız səyahətə keçid mövzusunu inkişaf etdiririk. İşlədiyimiz ölkələr arasında Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri var. Biz Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziyaya vizaların tamamilə ləğvini təklif etmişik ”-deyə, o bildirib.

Qeyd edək ki, avqustun 1-dən Rusiya ilə İran arasında vizasız qrup tur mübadiləsinə start verilib.