İstanbul İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2022-ci ilin 7 aylıq dövründə İstanbula 8 milyon 514 min 806 xarici turist gəlib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ilin eyni dövründə turistlərin sayı 15 % artaraq 9 milyon 776 min 635 nəfər olub.
Ötən ilin iyul ayında 1 milyon 759 min 506 xarici turistin ziyarət etdiyi şəhər bu ilin iyul ayında 1 milyon 873 min 97 xarici turisti qəbul edib. Belə ki, iyul ayında keçən illə müqayisədə xarici turistlərin sayı təxminən 6 % artıb. Məlumata görə, bu ilin iyul ayından sonra ən çox turist 2022-ci ilin eyni ayında İstanbula gəlib.
Zəminə Hüseyn
Fins.az