2023-cü ilin ilk yeddi ayı ərzində Özbəkistan 3,7 milyon xarici turist qəbul edib.
Fins.az bu barədə Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir.
Özbəkistana ən çox səfər edən turistlər arasında birinci yeri Tacikistan vətəndaşları tutub (1,151 milyon turist). İkinci yerdə Qırğızıstan (912,8 min), üçüncü yerdə Qazaxıstan (879,0 min), dördüncü yerdə Rusiya (417,4 min) və beşinci yerdə Türkiyə (58,0 min) qərarlaşıb.
TOP-10-a həmçinin müvafiq olaraq Türkmənistan (39,6 min), Cənubi Koreya (20,2 min), Hindistan (20,0 min), Çin (17,7 min) və Almaniya (14,1 min) daxil olub.
©Trend