Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi - “Georgian Wings” beynəlxalq uçuşlara başlamağa hazırlaşır. Onun ilk uçuş istiqaməti Azərbaycan olacaq.
Fins.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Lakin biletlər hələ satışa çıxarılmayıb.