İyul ayında Türkiyənin Trabzon şəhərinə səfər edən turistlərin sayında azərbaycanlılar 2-ci pillədədir.
Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı turistlər yalnız almanlardan geri qalıblar. İlk üçlüyü isə BƏƏ-dən olan turistlər qapayır.
Qeyd edək ki, ötən ay Trabzona Azərbaycan da daxil olmaqla 12 ölkədən 3 min 909 aviasəfər olub. Ümumilikdə isə bu ilin 7 ayında qardaş ölkə şəhərinə 740 minə yaxın turist səfər edib ki, bunlardan 340 minini yerli, 400 minini isə xarici turistlər təşkil edir.